26 yanvar 2014 19:27
Ufuk Budak 90 dəqiqə oynadı, komandası 1 xal qazandı
Futbol üzrə Türkiyə PTT 1-ci liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın komandası - "Qaziantep BB" bu tur səfərdə "Boluspor"la qarşılaşıb.
Oyunda hesab açılmayıb - 0:0. Yığmamızın üzvü bu oyuna start heyətdə başlayıb və sonadək meydanda qalıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 25 xalla 12-ci pillədə qərarlaşıb.
