25 yanvar 2014 00:22

Ruslan Abışov: Bilyaletdinov komandanın mənim demək olar ki, oynamadığım çempionat oyunlarına baxır

“Neftçi” və “Metallurq” (Zaporojye) arasında keçirilmiş yoxlama oyunu (0:0) bir çox menecerin diqqətini cəlb edib. Qonaqlar arasında millimizin və Kazan “Rubin”in müdafiəçisi Ruslan Abışov da vardı. Abışov sabiq komandasını dəstəkləməyə gəlmişdi. Bu əsnada Azerisport.az müxbiri Ruslan Abışovla söhbətləşib.
- Sizin gedişinizdən sonra “Neftçi” nə qədər dəyişib?
- Deyərdim ki, oyun üslubu xüsusi tərzdə dəyişməyib. Əvvəlki kimi hücum futbolu oynayırlar. Əlbəttə, yeni legionerlər - Bertuççi, Ramos, Kardoso var. Yığma üzrə həmkarlarım Sadiqov və Şükürov əvvəlki kimi fəaldır.
 
- Sabiq komandanızın “Fənərbaxça” ilə oyununa baş çəkmişdiniz?
- Bəli. Orada idim. “Neftçi”yə azarkeşlik edirdim. Həmin an meydanda olmaq istəyirdim. Ancaq bir oyuna görə başqa komandaya keçmirlər.
 
- “Rubin”ə keçək. Komanda Bolqarıstanın “Ludoqorets” və Türkiyənin “Erciyesspor” komandalarına qarşı iki yoldaşlıq oyunu keçirdi. Hər iki oyunda oynamağınız sevindirir.
- Bolqarlara qarşı bir hissə, türklərə qarşı isə 65 dəqiqə oynadım. Hesab edirəm ki, pis oynamadım. Ayın 25-i bizi daha bir oyun gözləyir. Almaniyanın “Paderborn” komandası ilə qarşılaşacağıq. Sonra isə Bakıya qayıdıram. Bizə üçgünlük istirahət veriblər. Ayın 30-u toplaşıb İspaniyaya gedəcəyik. Orada bizi “Dnepr” və “Rid”lə oyunlar gözləyir.
 
- Klubda işlər necədir?
- Normal şəraitdir. Klub çempionata hazırlığı sürdürür və yeni futbolçuların gəlişini gözləyir. Ancaq məni ilk növbədə öz oyunum maraqlandırır.
 
- Yeni baş məşqçi Rinat Bilyaletdinovla hələ danışmamısınız?
- Yox. Ancaq ümid edirəm ki, öz gələcəyim haqda hələ danışacağam. Məni məlum olduğu kimi, “Rubin”ə Qurban Berdıyev dəvət edib. O mənə deyirdi ki, oynayacağam. Ancaq elə alındı ki, mən çox az oyun keçirdim. Gah zədələr mane oldu, gah başqa səbəb çıxdı. İndi komandada başqa məşqçi var. Mən əsas heyətdə oynamaq üçün hər şey edirəm. Mən son ildə çox az oynamışam və öz əvvəlki idman formamı qaytarmaq istəyirəm. Bunun üçün isə yalnız məşqlər azdır.
 
- Necə düşünürsünüz, “Rubin”in əsas heyətinə düşmək şanslarınız nə dərəcədədir?
- Bilmirəm, burada karyeram necə olacaq. Ancaq məni ehtiyatda saxlasalar, onda icarə verilməyimi üstün tutardım. Bir şey məni məyus edir: Bilyaletdinov komandanın mənim demək olar ki, oynamadığım çempionat oyunlarına baxır. Hazırda komanda çətin vəziyyətdədir. Onuncu yerdə gedir. Vəziyyəti düzəltmək lazımdır.
 
- Bəs Avropa Liqasına gəlincə?
- Orada bizi İspaniya “Betis”i gözləyir. Ümid edirəm ki, bu rəqibi keçəcəyik.
 
- İcarə haqda danışmısınızsa, söhbət Rusiya yaxud bizm klublardan gedir?
- Gizlətmirəm ki, Azərbaycandan üç-dörd klub məni heyəində görmək istəyir. Ancaq mən Rusiya çempionatında oynamaq istəyirəm. Əvvəllər Berdıyev mənimlə icarəyə verilmək ehtimalım olan Rusiya komandaları barədə danışıb. İndi bilmirəm, necə olacaq. Ancaq hər halda, mən Azərbaycana qayıtmaq istəmirəm.
 
- “Rubin”in toplanışını millinin baş məşqçisi Berti Foqts ziyarət edib. Onunla söhbət etmisiniz?
- Mən onunla danışdım və o, mənə karyeramla bağlı yaxşı məsləhət verdi. Dedi ki, yaya qədər özümə daimi oynayacağım klub tapım. Martdakı yoldaşlıq görüşünə o, məni çağırmayacaq.
 
- Məlumdur ki, Foqts Bilyaletdinovla danışıb.
- Onlar almanca danışıblar və buna görə də mən heç nə başa düşmədim. Sonra mənə bildirdilər ki, Foqts bizim baş məşqçimizə məni hansı mövqelərdə istifadə etmək haqda deyib. Foqtsun fikrincə, “Rubin”də mən həm yarımmüdafiədə və həm də müdafiədə oynaya bilərəm.
 
- Yeri gəlmişkən, “Rubin”ə daha bir azərbaycanlı futbolçu Samir Məsimov keçə bilərdi. Ancaq o, “Neftçi”də peyda oldu.
- Bəli, mən bu oğlan haqda məlumatlıyam. Onu Kazanda gözləyirdilər ki, o, əvəzedicilərdə oynayacaq. Mən onun “Partizani”yə qarşı oyununu görmüşəm. Xoşuma gəldi. Samirin yaxşı sıçrayış imkanı var. İndi yox, bəs nə vaxt?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.