25 yanvar 2014 00:11
Temuri Ketsbaya: Sxadadzeyə baxmağa gəlmişdim, o isə yox idi
Futbol üzrə Gürcüstan milli yığma komandasının baş məşqçisi Temuri Ketsbaya yoxlama xarakterli “İnter” - “Uniao” oyununa (2:1) baş çəkməsinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, Ketsbaya bunları söyləyib:
“Mən oyuna Baçana Sxadadzenin oyununa baxmaq üçün gəlmişdim. Ancaq o, bu gün meydanda yox idi. Dedilər ki, sabah bir oyun da olacaq. “İnter”ə gəlincə, deyim ki, möhkəm komandadır. Yaxşı oynayır və bu gün rəqibindən güclü görünürdü”.
