25 yanvar 2014 18:26
İnter Arminiya ilə sülh bağladı (YENİLƏNİB)
Bu gün “İnter” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər” Almaniyanın “Arminiya” komandası ilə qarşılaşıb.
Qarşılaşmada qalib müəyyənləşməyib.
Əvvəlki oyunlarda “İnter” Hollandiyanın “Asten” (8:0), Almaniyanın “Zayts” (2:0), “Hollştayn” (0:3), Qazaxıstanın “Aktobe” (1:1), Braziliyanın “Uniao” (3:1) komandaları ilə qarşılaşıb.
“İnter” - “Arminiya” (Almaniya) - 2:2 (1:1)
Cavadov, 17 (1:0), 1:1, 1:2, Sxadadze, 87 pen. (2:2)
”İnter” (start heyəti): Giorgi Lomaya, Laşa Salukvadze, Arif Daşdəmirov, Brüs Abdulaye, Ruslan Əmircanov, Yohan Bokaqnio, Abdulla Abatsiyev, Vaqif Cavadov, Derlis Meza Kolli, Baçana Sxadadze, Aleksandr İaşvili.
