25 yanvar 2014 11:22

Toni Adams: Qəbələnin məqsədi Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsidir

“Qəbələ” klubunun prezidentinin müşaviri Toni Adams “radarlar”ın düşərgəsindəki işindən, komanda və onun məqsədlərindən danışıb. Azerisport.az Adamsın müsahibəsini diqqətinizə çatdırır:

- Mister Adams, Belekdə nə edirsiniz?
- Burada mən öz komandam - “Qəbələ” ilə birgəyəm. Burada biz toplanış keçir, məşq edirik. Kollektiv “Gloria Golf” hotelində məskunlaşıb.

- Siz hazırda “Qəbələ”də məhz nə ilə məşğulsunuz?
- Mən klub prezidentinin müşaviriyəm. Artıq iki il yarımdır ki, bu vəzifədəyəm və buna çox şadam. “Qəbələ”nin rəhbəri Taleh Heydərovla çox yaxşı, dost münasibətlərim var. O, gözəl insan, yaxşı prezidentdir və bu səbəbdən biz bu qədər müddətdir ki, işləyirik. Apreldə Azərbaycanda işləməyimin dördüncü ili olacaq. O zaman mən baş məşqçi qismində gəlmişdim. Demək olar ki, biz “Qəbələ”nin prezidenti ilə birgə komandanın hazırda ölkənin ən yaxşı klubları arasında olmasının bünövrəsini yaratmışıq. Mən bu layihə və Qəbələdə əldə etdiyimiz bütün nailiyyətlərimizlə fəxr edirəm. Bu klub mənim üçün doğma övlada çevrilib.

- Azərbaycanda futbolun səviyyəsi necədir?
- İldən ilə o yüksəlir və məni xoşbəxt edir. Dörd il qabaq mən bura gələndə, onda komanda çempionatda doğrudan da pis vəziyyətdə idi. Yarımpeşəkar təşkil edilmişdi və keyfiyyətli əsası yox idi. Biz bunu dəyişmək istəyirdik və metodiki olaraq Qərbi Avropa təcrübəsindən istifadə edərək, hər şeyi sıfırdan başladıq. Düşünürəm ki, hazırda biz daha yüksək səviyyədəyik.

- Azərbaycan komandalarının böyük maliyyə ehtiyatlarının olması düzdürmü?
- Bəli, bu, belədir. Kifayət qədər yaxşı maliyyələşdirilmiş, varlı sahibkarları olan klublar var. Hazırda “Qarabağ”, “Neftçi”, “İnter” və başqaları ən yaxşı klublardır. Qabaqcadan hər şeyi gözə gətirmək istəmirəm, ancaq barmaqlarımı çarpazlaşdırıb ümidimi bildirim ki, biz də Azərbaycanın ən yaxşı komandası olacağıq. Və hazırda mən hesab edirəm ki, biz düzgün yoldayıq. Qış fasiləsinə gedərkən, biz yarış cədvəlinin liderindən bir xal geri qalırdıq. Belə ki, hazırda bizim vəziyyətimiz yaxşıdır.

- “Qəbələ”nin gələcək planları nədir?
- Mən ümid edirəm ki, komanda avrokuboklara düşə biləcək. Bu, sadəcə fantastika olacaq! Bizim hazırkı məqsədimiz - ya Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsidir.

(Bolqarıstan KİV-i)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.