25 yanvar 2014 18:46
AZAL 2 cavabsız qolla qalib gəldi
Mövsümün qalan hissəsinə hazırlığını Şüvəlanda həyata keçirən AZAL bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov yetirmələrini 1-ci divizion təmsilçisi "Neftçala" ilə qarşılaşmada sınayıb.
Görüş "təyyarəçilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bakılıların heyətində Cavid Tağıyevlə yeni transfer Nedo Turkoviç fərqlənib.
Xatırladaq ki, AZAL bundan öncə "Şuşa" (3:0), "Qaradağ Lökbatan" (2:3), "Şahdağ" (5:1), "Sumqayıt" (1:2) və "Araz Naxçıvan"la (2:0) qarşılaşmışdı.
