25 yanvar 2014 18:18
Abışov oynadı, Rubin məğlub oldu
Bu gün heyətində millimizin yarımmüdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Kazan “Rubin”i növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Almaniyanın “Padeborn” komandasına qarşı keçirilmiş oyun “Rubin”in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Abışov ikinci hissədə hesab 1:0 “Rubin”in xeyrinə olarkən meydana daxil olub.
