25 yanvar 2014 15:15

Temuri Ketsbaya: Azərbaycandan təklif alsam da, heç vaxt danışıqlarda iştirak etməmişəm

Gürcüstan yığmasının baş məşqçisi Temuri Ketsbaya azerisport.az saytına müsahibəsində Azərbaycanda oynayan gürcü futbolçulardan, ölkə çempionatının səviyyəsindən və karyerasından danışıb.

- Sizi "Uniao"-"İnter" görüşündə görmək gözlənilməz oldu...
- Bu günlərdə mən Antalyadayam. Gürcüstan yığmasının əksər futbolçuları müxtəlif klubların heyətində Antalyada hazırlıq keçir. Gürcü klubları da Antalyaya gəlməyə hazırlaşır. Ona görə futbolçularımı izləmək istəyirəm. İlk gündən demişəm ki, yığmanın qapıları istedadı olan hər kəs üçün açıqdır. Legioner həyatı yaşayan milli üzvləri izləməklə yanaşı gürcü klublarının oyunlarına da baxacağam.

- "İnter" haqda nə deyə bilərsiniz?
- Kaxaber Sxadadze yaxşı komanda formalaşdırıb. Topu saxlayırlar və çoxlu sayda hücum yaradırlar. Bakılıların oyununu çox bəyəndim. Rəqibdən güclü idilər və buna görə də layiqli qələbə qazandılar. "İnter"ə Azərbaycan çempionatında uğurlar arzu edirəm.

- Baçana Sxadadzedən başqa, daha iki gürcü futbolçu "Qarabağ"da çıxış edir...
- Nikoloz Gelaşvilini çoxdan tanıyıram. Bununla belə, "Qarabağ"ın oyununu izləməyi planlaşdırıram. Orada eyni zamanda, Jabava Dvali də oynayacaq. Transfer bu günlərdə rəsmiləşdi. Sadəcə məndə olan məlumata görə onun kiçik zədəsi var və müəyyən müddət meydanda olmayacaq. Bir neçə gün sonra oynaya biləcək. 

- Gelaşvilinin karyerası ilk günlərdə o qədər də alınmırdı...
- Futbolçu təzə gələndə ona bir qədər vaxt lazım olur. Baş məşqçi onu bəyənibsə, deməli nə lazım olduğunu bilir. Gelaşvili uzun müddətdir ki, Gürcüstan yığmasının şərəfini qoruyur. Bundan sonrakı oyunlarda da iştirak edəcək. 

- Gürcüstan futbolçularının Azərbaycan çempionatında oynaması geriyə addımdır yoxsa irəli?
- Real danışsam irəli addımdır. Bizdə istərdik ki, Gürcüstanda belə güclü çempionat olsun. İndi sizin ölkədə futbola böyük pullar yatırılır. Klublar gücləndirilir. Gürcüstan çempionatında vəziyyət acınacaqlıdır. Azərbaycanda oynamaları yaxşı haldır. Onsuz da ən yaxşıları artıq başqa klubların şərəfini qoruyur.

- Siz dediniz Azərbaycan futbolunda pul var. Bəs niyə klublarımız avrokuboklarda mərhələ keçmir?
- İlk olaraq, qeyd etmək istərdim ki, bu, o qədər asan deyil. Ümumiyyətlə Çempionlar Liqasında qrupa qalmaq, Avropa Liqasından asandır. Klublarınız düzgün inkişaf strategiyası ilə işləsə, tez bir zamanda avrokuboklarda mübarizə aparacaq. Yeni qaydalara əsasən Çempionlar Liqasına vəsiqə qazanmaq bir qədər asanlaşıb. Avropa Liqasından asandır. Gərək, seçəsiniz ya milli, ya uşaqlar. Gərək, birini seçəsən və onun üçün çalışasan. Həm yığma, həm klubları eyni zamanda inkişaf etdirmək çox çətindir.

- Azərbaycan Gürcüstan yığmalarının oyununu müqayisə edə bilərsiniz?
- Bu barədə indi danışmaq düzgün olmaz. Gərək oyunları görək. Son oyunlarınızı o qədər izləməmişəm. Bir neçə il əvvəl yoldaşlıq görüşü keçirməyi planlaşdırırdıq. Son anda problemlər ortaya çıxdı. Qarşıdakı illərdə bu oyunun baş tutması çox vacibdir. Azərbaycan Gürcüstan yığmalarının oyunu böyük marağa səbəb olacaq.

- Cari mövsüm hədəfləriniz nədir?
- Son seçmə mərhələdə 4-cü olduq. Bu dəfə çətindir, amma qrupda 3-cü yer uğrunda mübarizə aparacağıq. Bu yer Avro-2016-da pley-offa yer verir. Komandanı gücləndirməklə hədəfə çatmağa çalışacağıq.

- Azərbaycan millisi də pley-offa qalmaq istəyir. Bu, realdır?
- Niyə yox? Yığma komanda olaraq, böyük hədəflər uğrunda çalışmaq şərəflidir və lazımdır. Hədəfləri artırmaq lazımdır. Alınacaq ya yox onu zaman göstərəcək. Son seçmə mərhələdə rəqiblərimiz çox güclü idi. Gürcüstan yığması pley-offa düşə bilərdi. Sadəcə azacıq bəxtimiz gətirməyib.

- Sizi hamı "Anortosis"dəki işinizdən sonra tanıdı. Məşqçi kimi yaxşı təbliğ olundunuz.
- Mən bunu etiraf edirəm. "Anortosis"lə avrokuboklarda yaxşı oynadıq. Ardınca "Olimpiakos"da çalışdım. Hər şey ürəyimcədir. Sadəcə, klub səviyyəsində çalışmaq istəyirəm. Belə isə futbol üçün darıxıram. Ona görə gələcəkdə yığma işinə bir qədər fasilə verəcəyəm. Gürcüstan vətənimizdir. Ona görə kömək etməyə hazırıq. 2016-cı ilin mayında müqaviləmiz başa çatır. Sonra klubda çalışacağam.

- Azərbaycandan təklif almısınız?
- Karyeram ərzində çoxlu sayda təklif almışam. "Olimpiakos"dan ayrılanda da təklif var idi. Lakin bu məsələ Gürcüstanla müqavilə imzalayandan sonra açıqlandı. Ona görə heç bir danışıqlarda iştirak etməmişəm. Mənim müqaviləm varsa, onu yerinə yetirməliyəm. Federasiya ilə razılaşmam 2016-cı ildə bitir. O vaxta qədər heç kimlə danışıq aparmayacağamı demişdim. Təklif barədə söyləməyəcəyəm. Federasiya ilə müqavilə başa çatanda sonra imkan olsa, klubdakı karyeramı davam etdirəcəyəm. Klubda çalışmaq başqa işdir. Cavanam və indi məqsədlərimə çatmalıyam. Yığma işi 60 yaşlı məşqçilər üçündür. Komandanı ildə 3-4 dəfə görürsən. Cavanam, ona görə uğur qazanmaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.