25 yanvar 2014 14:44
Oğuz Çetin: Xəzər Lənkəranın əsas məqsədi Azərbaycan Kubokunu qazanmaq və Avropa Liqasına düşməkdir
“Xəzər Lənkəran”ın baş məşqçi köməkçisi Oğuz Çetin Türkiyə KİV-nə müsahibəsində ölkəmizdəki işi ilə bağlı mövzuya toxunub. Azerisport.az xəbər verir ki, Çetin bunları söyləyib:
“Xaricdə işləyən türk məşqçilər xüsusi missiya daşıyır. Biz özümüzü yaxşı tərəfdən göstərməliyik ki, türkiyəli mütəxəssislərin xaricdə yaxşı nüfuzu olsun. Bizdən sonra “Rəvan”a Güvənc Kurtar gəldi. Mən və Mustafa Dənizli “Xəzər Lənkəran”a rəhbərliyi götürəndə komanda səkkizinci yerdə qərarlaşmışdı. Üç tur keçdikdən sonra bu pillədən yuxarı qalxmasa da, yeddi xal qazandı. Belə sürətlə biz mövsümü ilk üçlükdə bitirə bilərik. Ancaq bizim əsas məqsədimiz Azərbaycan Kubokunu qazanmaq və Avropa Liqasına düşməkdir”.
