25 yanvar 2014 13:44
Sergey Fyodorov: Bakı ilə oyunu məşq oyunu kimi nəzərdən keçirirdik
Kiyev “Dinamo”sunun baş məşqçisi Sergey Fyodorov komandasının “Bakı”ya qarşı keçirdiyi oyunun (1:1) gözlənilməz nəticəsi haqda klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, Fyodorov bunları söyləyib:
“Bu oyunu məşq oyunu kimi nəzərdən keçirirdik. Futbolçular fiziki köklənmə alır, biz isə onların hansı vəziyyətdə olmasına diqqət yetiririk. Yanaşı olaraq, komandada qarşılıqlı əlaqə təkmilləşdirilir. Belə məşqlərdən sonra oynamağın necə çətin olduğunu başa düşürük və güzəşt edirik. Nəticə əsas götürülmür, bizə ilk ikihəftəlik toplanışa nəzərdə tutduğumuz işimizi keyfiyyətlə yerinə yetirmək lazımdır”.
