25 yanvar 2014 20:50
Simurq xorvatlara qalib gəldi (YENİLƏNİB)
Bu gün “Simurq” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Giorgi Çixradzenin yetirmələri Xorvatiyanın “Draqovolyats” komandası ilə qarşılaşıb.
Görüş Zaqatala klubunun inamlı qələbəsiylə başa çatıb.
Əvvəlki oyunlarda “Simurq” Almaniyanın "Felbert" (1:0), Tanzaniyanın “Yanq Afrikans” (2:2), Çinin “Şanxay Şensin” (0:0) komandaları ilə qarşılaşıb.
Simurq - Draqovolyats - 2:0 (1:0)
Qollar: Çeran, 20 (1:0), T.Novruzov, 77 (2:0).
Simurq: Pavel Kapsa, Tural Axundov, Anderson Oliveyra, İdan Vaytsman, Ruslan Poladov, Stepan Polyak, Patrik Osiako, Nicat Qurbanov, Benjamin Lambot, Rəşad Eyyubov, Draqan Çeran.
