24 yanvar 2014 12:12
Artur Kotenko: Bir mənfi təəssüratım Azərbaycandan qalıb
“Rəvan”ın sabiq qapıçısı, hazırda Soliqorsk “Şaxtyor”unun şərəfini qoruyan Artur Kotenko karyerasını təhlil edərkən, Azərbaycanı yada salıb. Azerisport.az xəbər verir ki, Kotenko bunları söyləyib:
“Hələ karyeramı başa vurmamışam və bu səbəbdən mühakimə yürüdə bilmərəm. Hər dövrün öz fərqli xatirələri var. Hər hansı mərhələni fərqləndirə bilmərəm. Hər mövsümdən zövq alıb özüm üçün nə isə götürmüşəm. Bir mənfi təəssüratım Azərbaycandan qalıb. Ancaq mən xeyirxah adamam və kin saxlamıram”, deyə estoniyalı qapıçı maliyyə şərtlərini nəzərdə tutduğunu açıqlayıb.
