24 yanvar 2014 11:33
Araz Abdullayev: Flavinyonun surəti olmaq istəmirəm
“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev son bir il ərzində karyerasında sürətli irəliləyiş edərək millinin və “Flaqman”ın liderlərindən birini çevrilib. Yığmamızı və “Neftçi”ni onsuz təsəvvür etmək çətindir.
Öz oyununa bamayaraq, Araz jurnalistlərlə ünsiyyətə girməyi sevmir. Adama elə gəlir ki, o, müsahibə verməyi bacarmır. Ancaq azerisport.az saytının müxbiri ilə söhbət zamanı Arazın yaşına baxmayaraq təcrübəli olduğu diqqətimizdən yayınmadı.
Söhbəti Araz üçün uğurlu olmuş və kifayət qədər artırdığı 2013-cü ildən başladıq.
“Düzünü deyim, burada xüsusi bir sirr yoxdur. Mənə klubda və yığmada şans verdilər və mən bundan istifadə etdim. Çoxlu məşq edir, yaxşı və təcrübəli futbolçuları dinləyirdim. Məsələn, Mahir Şükürovla bir otaqda qalıram”, deyə Araz sözə başlayıb.
- Vobayın gedişinin sizin tərəqqinizə kömək olması haqda fikirlər var?
- Bu elə də düzgün mühakimə deyil. Axı mən Flavinyonu əvəzləyəndə bir yerdə az oynamamışıq. Vobayı da əvəzlədiyim vaxtlar olub. Əsas sıçrayışı ötən ilin yanvarında toplanışda etmişəm.
- Bu elə də düzgün mühakimə deyil. Axı mən Flavinyonu əvəzləyəndə bir yerdə az oynamamışıq. Vobayı da əvəzlədiyim vaxtlar olub. Əsas sıçrayışı ötən ilin yanvarında toplanışda etmişəm.
- Təvazökarlığınız sizə bir bəzəkdir. Ancaq millinin baş məşqçisi Berti Foqts hər futbolçunu tərifləmir.
- Xoşdur. Ancaq tərif məni arxayınlaşdıra bilər... Bəli, mən yığmada xüsusi heç nə etməmişəm. Onunla çox danışmışam, mənə qiymətli məsləhətlər verib.
- Xoşdur. Ancaq tərif məni arxayınlaşdıra bilər... Bəli, mən yığmada xüsusi heç nə etməmişəm. Onunla çox danışmışam, mənə qiymətli məsləhətlər verib.
- Elədir, siz yığmada böyük karyera qurmasanız da, ən gənc debütant kimi tarixə düşmüşünüz.
- Həmin oyunu xatırlayıram. Beş il qabaq Finlandiyaya qarşı oynayıb məğlub olduğumuz oyun. Heç 17 yaşım yox idi.
- Ötən ili geridə qoyaq. Bu il pis başlamadı. Xüsusilə, “Fənərbaxça”ya qarşı oyunda ki, hesabdan çox (0:0) “Neftçi”nin oyunu yadda qaldı.
- Mənə elə gəlir ki, mən pis oynadım. Çoxlu top itkisinə yol verdir. Bəlkə bu, toplanışın yenicə başlaması ilə bağlı idi və komandanın sahib olmalı olduğu təravəti yox idi.
- Bəlkə bu, rəqibin ulduz heyətinə görə idi?
- Rəqibimin kimliyi haqda xüsusilə düşünmürəm. Mənim məqsədim komandanın qələbəsidir. Kimin qol vuracağı vacib deyil.
- Rəqibimin kimliyi haqda xüsusilə düşünmürəm. Mənim məqsədim komandanın qələbəsidir. Kimin qol vuracağı vacib deyil.
- Yeri gəlmişkən, siz tez-tez cinahları dəyişirsiniz. Gah sol, gah sağ cinahda oynayırsınız.
- Məni təhkim olunmuş mövqedə oynamağa çalışıram. Əgər əvvəllər çox vaxt solda oynayırdımsa, indi sağda fəaliyyət göstərirəm.
- Məni təhkim olunmuş mövqedə oynamağa çalışıram. Əgər əvvəllər çox vaxt solda oynayırdımsa, indi sağda fəaliyyət göstərirəm.
- Və bir də qollar haqda. Onlar sizin ifanızda kifayət qədər baxımlı alınır. Ən çox hansı qolu xatırlayırsınız?
- gəlin xatırlayaq... Polşada U-19-un heyətində cərimə zərbəsindən vurduğum qolu xatırlayıram. Düz doqquzluğa göndərmişdim. Gənclər yığmasının heyətində Şotlandiyaya vurduğum qol da gözəl alınmışdı. Deyəsən, bundan sonra “Everton” mənimlə maraqlanmağa başladı.
- Ancaq İngiltərəni fəth etmək cəhdi, buna rəğmən, alınmadı. Sizə elə gəlmir ki, bir daha legioner olmağa cəhd etmək lazımdır?
- Düzünü deyim ki, istəyirəm. Ancaq daxilən hiss edirəm ki, hələ hazır deyiləm.mənim legioner yolum hələ başlamayıb. Mən xaricə ehtiyat oyunçusu qismin getmək istəmirəm. Əsas heyətdə olacağıma qətiyyətlə əmin olduğum komandada olmaq istəyirəm.
- Yaxın günlərdə həmkarınız Karlos Kordoso deyib ki, Araz mövsümün sonunda mütləq getməlidir...
- ...Başa düşürsünüz, mən bilirəm ki, böyük futbol ölkələrinin çempionatında mənimlə çətin ki maraqlansınlar. Baxın, neçə gündür ki, Türkiyədə toplanışdayıq, ancaq bu ölkələrin klublarından olan menecerlər bizim oyunları ziyarət etmirlər. Ancaq mən nisbətən az tanınmış çempionatlarda çıxış edib tədricən daha tanınmış klublara keçə bilrəm.

- Bunun üçün yığmanın oyunlarında da “atəş açmaq” olar.
- Demək, daha çox çalışacağıq.
- Demək, daha çox çalışacağıq.
- “Neftçi”nin toplanışları haqda hansı fikirdəsiniz?
- Toplanış normal axarında gedir. Məşq edir, yoldaşlıq oyunları keçiririk. Bir sözlə, çempionata hazırlaşırıq. Bilirəm ki, mövsümün ikinci yarısında çətin olacaq. Ancaq bir məqsədimiz var - Qızıl dublu təkrarlamaq.
- Hazırda “Neftçi” liderdən iki xal geri qalır.
- Mənim nəzərimcə, geridə olmaq, liderlik etməkdən yaxşıdır. Rəqibi qovanda bütün gücünü və imkanlarını səfərbər edirsən. Ötən il biz liderdən bir neçə xal geridə qalırdıq. Ancaq rəqibə çata və birinci ola bildik.
- “Neftçi”dən başqa toplanışda TPL-in başqa klubları da var. Kiminlə isə maraqlanırsınız?
- Çempionatda digər klubların nəticələri ilə maraqlanıram, toplanışda isə yox.
- Çempionatda digər klubların nəticələri ilə maraqlanıram, toplanışda isə yox.
- Bəs sirr deyilsə, hansı klublarla?
- Dostlarımın oynadığı klublarla (gülür)
- Dostlarımın oynadığı klublarla (gülür)
- Hansı klubların oyunu Abdullayevə xoş gəlir?
- “Qarabağ”ın oyunu xoş gəlir. Belə ki, bu komandanın futbolçuları topu saxlaya bilir. Onları avrokuboklarda da izləyirəm.
- “Qarabağ”ın oyunu xoş gəlir. Belə ki, bu komandanın futbolçuları topu saxlaya bilir. Onları avrokuboklarda da izləyirəm.
- Xoş mənada həsəd apardığınız futbolçular var?
- İki futbolçu var ki, onlardan nə isə öyrənmək olar. Reynaldo və Flavinyonun texnikalı oyunu var. Ancaq mən ən yaxşı keyfiyyətləri mənimsəmək istəyirəm. Bunu onların surəti olmaq üçün deyil, öz kamilliyim üçün istəyirəm.