24 yanvar 2014 11:00
Millimiz Serbiyanı məğlub etdi
Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Serbiya yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb.
Qolları Amadeu, Vitali Borisov və Rəcəb Fərəczadə vurub.
Xatırladaq ki, bu komandalar arasında yanvarın 22-də keçirilmiş yoldaşlıq oyunu da millimizin xeyrinə yekunlaşmışdı - 4:1.
(AFFA)
