24 yanvar 2014 21:33
Böyükağa Hacıyev: Metallurq kobud oynayırdı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında “Metallurq”a qarşı keçirilmiş yoxlama oyununu (0:0) şərh edib:
“Bu gün xətləri yoxlamaq qərarına gəldim. Həmçinin, bəzi oyunçuları başqa mövqelərdə yoxladım. Toplanışın sonunda xüsusən aparıcı futbolçuların yorğunluğunu hiss edirəm. Rəqib sərt oynayırdı. Deyərdim ki, hətta kobud. Yaxşı ki, yetirmələrim zədələrdən qaça bildilər. Şadam ki, heç bir futbolçum kobudluqla cavab vermədi. Bu, o deməkdir ki, intizam yerindədir”.
