24 yanvar 2014 21:12
Oleq Taran: Neftçiyə qalib gələ bilərdik
Zaporojye “Metallurq”unun baş məşqçisi Oleq Taran azerisport.az saytına açıqlamasında “Neftçi”yə qarşı keçirilmiş yoxlama oyununu (0:0) şərh edib:
“Komandanız xoşuma gəldi. Kombinasiyalı oyun göstərir. Maraqlı kollektivdir. Onların son illərdəki uğurlarından xəbərdaram. Oyunlarını, xüsusən Avropa Liqasında, izləmişəm. Bertuççi, Flavinyo, Kardoso üçlüyünü qeyd edərdim. Oyuna görə mühakimə aparsaq, komandamız qol vəziyyətlərinə görə komandanızı üstələyirdi. Biz ikinci hissədəki vəziyyətlərimizi “Neftçi”yə qalib gələ bilərdik”.
