24 yanvar 2014 19:00
İnterin əvəzediciləri toplanışı başa vurdu
"İnter"in əvəzedici komandası "Şəfa" stadionunda təlim-məşq toplanışını başa çatdırıb. Azerisport.az xəbər verir ki, bu gün komanda toplanış çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.
"Şəfa" stadionunda baş tutan oyunda “İnter” "Şuşa" klubu ilə üz-üzə gəlib və bu qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. “İnter”in heyətində Bilal Qəmbərov fərqlənib.
Qeyd edək ki, yanvarın 5-də başlayan toplanış çərçivəsində komanda 5 yoxlama görüş keçirib. Bundan öncə "İnter" klubun U-19 komandası ilə (5:1), "Sumqayıt"(4:2) və "Qarabağ"(1:0) klubların əvəzediciləri ilə və MOİK-lə (6:1) qarşılaşıb.
(Klub saytı)
