Valentin Xodukin: Bu vəziyyət məni sevindirir
Məlum olduğu kimi, bu mövsüm U-19 komandaları üçün ikinci çempionat keçirilir. Azerisport.az xəbər verir ki, Vadar Nuriyevin rəhbərlik etdiyi “İnter”in U-19 komandası bu yarışda ilk dəfə iştirak edir.
Uşaq Gənclər Futbol Məktəbinin inkişaf kayihəsi üzrə meneceri Valentin Xodukin komandanın mövsümün ilk hissəsindəki çıxışını qiymətləndirdi: “Etiraf edirəm ki, bu komandanın perspektivlərinə münasibətdə çox həyəcan keçirirdim. Biz komandanı iyul və avqust aylarında formalaşdırmağa başlamışdıq. Mən komandaya ən aşağı yaş qrupu ilə çalışan Vadar Nuriyevin rəhbərlik etməsində israr etdim. Onun yeniyetmə futbolçularla iş təcrübəsi vardı və buna görə də komandanı ona həvalə etdik.
Mən müəyyən çətinliklərin olacağını gözləyirdim. Axı buna qədər buraxılış yaxşında olan futbolçulardan ibarət komandanı n fəaliyyətini dayandırmışdıq. Ona görə ki, U-19 liqasında iştirakın məcburi xarakter daşıyacağı barədə məlumat yox idi. Lakin əvəzedici komandada geniş heyətin olması bizə kömək etdi. Bunun sayəsində ehtiyat komandadan oyunçular cəlb etmək şansımız yarandı. Bəli, onlar əvəzedici heyətin əsas oyunçuları yox, yaxın ehtiyatın futbolçuları idilər. Bundan başqa, komandaya daha aşağı yaş qrupuna aid futbolçular, məhz 1997-ci və 1998-ci il təvəllüdlü oyunçular cəlb olunurlar. Bu vəziyyət məni sevindirir.
Çox xoşdur ki, “İnter”in əvəzedici heyətində klub məktəbindən çox sayda futbolçu var. Sevindirir ki, “İnter”in UGFM-i bu komandanın formalaşmasında öz rolunu oynayır”.
Qeyd edək ki, “İnter”in U-19 komandası ölkə çempionatının ilk dövrəsini ikinci yerdə başa vurdu.
(Klub saytı)
