24 yanvar 2014 18:33
Tahir Süleymanov: Eskişehirspor Neftçiyə rəsmən müraciət etməyib
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına açıqlamasında Türkiyənin “Eskişehirspor” klubunun “Flaqman”ın müdafiəçisi Bruno Bertuççi ilə bağlı istəyi barədə məlumatı şərh edib:
“Bertuççi ilə nəinki Türkiyə, həmçinin Braziliyada maraqlanırlar. “Fənərbaxça” ilə oyundan sonra rəqib futbolçu Baroni Bertuççinin oyununu qeyd edərək, Azərbaycanda belə futbolçular çıxış edirsə, çempionatımızın güclü olduğunu dilə gətirdi. “Eskişehirspor”a gəlincə, bu barədə bizə rəsmi təklif gəlməyib və bu səbəbdən qabağa qaçmayaq. Bertuççi “Neftçi”nin liderlərindən biridir və komandaya lazımdır”.
