24 yanvar 2014 17:44
Eskişehirspordan Neftçiyə 250 min avroluq təklif
Türkiyənin “Eskişehirspor” klubu “Neftçi”nin müdafiəçisi 23 yaşılı Bruno Bertuççinin xidmətində maraqlıdır. Azerisport.az Türkiyə KİV-nə istinadən bildirir ki, yaxın vaxtlarda Türkiyə klubunun bu münasibətlə “Flaqman”a 250 min avroluq təklif edəcəyi gözlənilir.
Qeyd edək ki, Bertuççi 2010-cu ildə Türkiyə klubuna icarə əsasında keçsə də, özünü göstərə bilməmişdi.
