24 yanvar 2014 16:16

Baçana Sxadadze: Çempionluğa bütün ilk beşlik iddia edə bilər

“İnter”in hücumçusu Baçana Sxadadze azerisport.az saytının müxbiri ilə söhbətləşib.
- “İnter”in dörd yoldaşlıq oyununda çıxışını necə qiymətləndirirsiniz?
- İki oyunda qələbə qazandıq. Pis nəticə deyil. Hollandiyanın “Asten” komandası üzərində böyükhesablı qələbədən sonra, biz Almaniyanın “Holştayn” komandasına məğlub olduq. Bu oyunda meydana təcrübi heyət çıxmışdı. Həmçinin, baxışda olan legionerlər. Düzdü, nəticədə onlar evə göndərildi. “Aktobe”yə qarşı oyuna gəlincə, bu oyun bizim diktəmiz altında keçdi. Ancaq vurulmuş qoldan sonra arxayınlaşdıq və qol buraxdıq.
 
- Bəs Almaniya “Zayts”ına qarşı son oyun?
- 2:0 hesablı qələbə, əlbəttə, yaxşıdır. Ancaq rəqib də zəif idi. Buna görə də, ikinci hissədə bizim heyətdə yeni futbolçular oynayırdı. Mən düşünürəm ki, indi bizə yeni mövsümə hazırlaşmaq lazımdır. Bu mərhələdə nəticə həlledici əhəmiyyət kəsb eləmir.
 
- “İnter” çempionatın ikinci yarısına nə dərəcədə hazırdır?
- Bu sualı baş məşqçiyə versəniz, yaxşı olar. Ancaq mənə elə gəlir ki, “İnter” ağır oyunlara hazır olacaq. Çempionatın startında onsuz da çox xal itirmişik. İndi hər oyunda bizi yalnız qələbə təmin edəcək.
 
- Uğursuz startın səbəbi nə idi?
- Səbəblər mənə aydın deyil. Pis oynamırdıq, Meydana mübarizəyə köklənmiş halda çıxırdıq, qollar vururduq. Ancaq kobud səhvlər edib qol buraxırdıq. Əvəzində toplana bildik və indi “Neftçi”dən yeddi xal geri qalırıq. Bu fərqi aradan qaldırmaq mümkündür. Yaratdığım vəziyyətləri istifadə etsək, bu, tamamilə mümkündür.
 
- Çempionluğa nə qədər komanda iddia edə bilər?
- Düşünürəm ki, bütün ilk beşlik.
 
- “İnter”in məqsədi qızıl medallardı?
- Avrokuboklara düşmək. Biz mükafatçılar sırasına düşə biləcək gücdəyik. Bu imkandan yararlanmaq lazımdır.
 
- Hansı komanda “İnter” üçün qeyri-münasib rəqibdir?
- “Qarabağ”. Onlar yaxşı futbol oynayır və bütün rəqiblərə başağrısı olurlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.