24 yanvar 2014 21:55
İnter Uniaoya qalib gəldi (YENİLƏNİB)
Bu gün “İnter” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər” Braziliyanın “Uniao” komandası ilə qarşılaşıb.
Əvvəlki oyunlarda “İnter” Hollandiyanın “Asten” (8:0), Almaniyanın “Zayts” (2:0), “Hollştayn” (0:3), Qazaxıstanın “Aktobe” (1:1) komandaları ilə qarşılaşıb.
Oyunu azərbaycanlı hakimlər briqadası idarə edib: Rəşad Əhmədov, Munis Abdullayev, Azər Əsgərov.
20:00 “İnter” - “Uniao” 3:1 (1:0)
Qol: Meza Kolli, 37 (1:0), Məmmədov, 78 (2:1), Mənsimzadə, 90 (3:1)
“Inter” (start heyəti): Səlahət Ağayev, Mateya Şpiçiç, Yohan Bokaqnio, Mikel Alvaro, Cəmil Hacıyev, Arif Daşdəmirov, İlqar Ələkbərov, Slavço Georgiyevski, Asif Məmmədov, Vaqif Cavadov, Sezar Meza Kolli.
