24 yanvar 2014 15:33
Rəvan İstanbul nəhənglərinə qarşı
“Rəvan”ın uşaq komandası (U-12) Türkiyənin İzmir şəhərində keçiriləcək beynəlxalq turnirdə gücünü sınayacaq. Azerisport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yarış 29-30 yanvar tarixində keçiriləcək.
Komandamızdan başqa, yarışda Türkiyənin “Altınordu”, “Beşiktaş”, “Qalatasaray”, “Bursaspor” və Danimarkanın “Nordşelland” klublarının uşaq komandaları mübarizə aparacaq.
Yarış dairəvi sistem üzrə keçiriləcək. Açılış oyunu yanvarın 29-u Bakı vaxtı ilə 11:00-a nəzərdə tutulub. Açılış oyununda “Rəvan” və “Bursaspor” qarşılaşacaq.
