24 yanvar 2014 01:17
Aleksandr Qriqoryan: Hüseynov xarici olmasa idi, heyətə gözübağlı götürərdim
Rusiyanın “Luç-Energiya” komandasının baş məşqçisi Aleksandr Qriqoryan sərəncamında baxışda olan futbolçular haqda fikrini açıqlayıb. Azerisport.az xəbər verir ki, futbolçular arasında millimizin sabiq hücumçusu Murad Hüseynov da olub və Qriqoyan Hüseynov haqda bunları söyləyib:
“Xoşuma gəldi. Ancaq... Xarici olmasa idi, heyətə gözübağlı götürərdim. Ancaq belə, çətin ki məhəbbət yaransın. Litvalı Darüs Mitseykin sualı isə açıq olaraq qalır”.
(Sportbox)
