23 yanvar 2014 12:35
İnter daha iki legionerlə müqavilə imzalaya bilər
Bakının "İnter" klubu daha iki legionerlə müqavilə imzalaya bilər. Azərisport.az xəbər verir ki, bankirlər hazırda mərkəz yarımmüdafiəçisi və hücumçuyla danışıqlar aparır.
Yarımmüdafiəçi Argentinadandır. Forvard isə braziliyalıdır. Hər iki legionerlə birbaşa müqavilə imzalanacaq. "İnter" rəhbərliyi danışıqları transfer pəncərəsinin bağlanmasına qədər yekunlaşdırmağa çalışır. Qeyd edək ki, legionerlərlə müqavilə imzalandıqdan sonra onlar Bakıya gələcək.
