23 yanvar 2014 00:22
İnter fransız futbolçunun baxışdan keçirir
Belekdə hazırlığı davam etdirən "İnter" daha bir futbolçunun baxışdan keçirir. Azerisport.az xəbər verir ki, komandanın düşərgəsində Fransanın ikinci liqasında çıxış edən müdafiəçi məşq edir.
Yohan adlı futbolçu 1990-cı il təvəllüdlüdür. Bu gün "İnter"lə ilk məşqinə çıxan legionerin taleyinə həftəsonu aydınlıq gələcək. Futbolçu bu gün keçirilmiş yoldaşlıq görüşündə 45 dəqiqə meydanda olub.
