23 yanvar 2014 00:13
Səlahət Ağayev: Rəqib zəif idi və az iş gördüm
“İnter”in qapıçısı Səlahət Ağayev azerisport.az saytına açıqlamasında yoxlama oyununda Almaniyanın “Zayts” komandası üzərində qələbəyə şərh verib:
“Rəqib kifayət qədər zəif idi. Əsas məqsədimiz oyunumuzdakı çatışmazlıqları aradan qaldırmaq idi. Oyunun gedişində işim az idi. Rəqib ancaq müdafiə haqda düşünürdü. Hazırlıq yaxşı keçir. Ümid edirik ki, fevrala tam hazır olacağıq”.
