23 yanvar 2014 10:55
Azərbaycan Serbiyanı darmadağın etdi
Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Kovilovo İdman Mərkəzində Serbiya yığması ilə qarşılaşan millimiz Rafael Durvalın dublu, Fernandes da Silva Amadeu və Vitali Borisovun hərəyə bir dəfə fərqlənməsi sayəsində 4:1 hesabı ilə qələbə qazanıb.
