23 yanvar 2014 20:31
U-21 millimiz Sinqapurla sülhlə ayrıldı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız "Calista Sport Complex"-in stadionunda Sinqapurun "A" milli komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Ağabala Ramazanov fərqlənib.
(AFFA)
