23 yanvar 2014 19:33
Atletiko Bakı ilə razılaşma müddətini artırdı
Madridin “Atletiko” klubu “Azerbaijan. Land of Fire” şüarı ilə çıxışını davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu haqda İspaniyanın “Marca” nəşri məlumat yayıb:
“Atletiko” Azərbaycanın “Bakı” futbol klubu ilə əməkdaşlığı 30 iyun 2015-ci il tarixinə qədər uzatmaq barədə razılığa gəlib. Əvvəlki müqavilənin müddəti bu ilin sonunda başa çatırdı.
Xatırladaq ki, ”döşəkçilər” beynəlxalq miqyasda da Azərbaycanın reklamı əks olunmuş futbolkalarda çıxış etməkdə davam edirlər. Madridlilərin bəzi oyunlarda Baku-2015 loqosu ilə çıxış edəcəyi mümkündür. Bu reklam Azərbaycanın paytaxtı Bakıda keçiriləcək ilk Avropa oyunlarını əks etdirir”.
