23 yanvar 2014 18:00
U-21 bu gün yoldaşlıq oyunu keçirəcək
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız Calista Sport Complex-in stadionunda Sinqapurun A milli komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 17:00-da başlayacaq.
(AFFA)
