23 yanvar 2014 17:33

Tahir Süleymanov: Neftçinin qapısı yerli gənc futbolçulara hər zaman açıqdır

“Neftçi” PFK-nın vitse-prezidenti Tahir Süleymanov klubun rəsmi saytına açıqlama verib. Azersport.az xəbər verir ki, Süleymanov bunları söyləyib:

"Hazırda “Neftçi” klubunun düşərgəsində çoxlu sayda gənc yerli futbolçular var. Klubun inkişaf strategiyasının əsasını bu futbolçulara şans verib, onları inkişaf elətdirmək təşkil edir. İstər “Neftçi”nin, istərsə də “Lokomotiv”in yetirməsi olsun, fərq etməz, nəticədə Azərbaycan futbolu qazanacaq. Samir Məsimovla bağlanmış 5 illik müqavilə də bir daha bunu göstərir ki, “Neftçi”nin qapısı gənc yerli futbolçulara hər zaman açıqdır. Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Məsimovun böyük istedadı və futbolçu potensialı var. İnanırıq ki, yaxın gələcəkdə o bunu həm “Neftçi”nin, həm də Azərbaycan milli komandasının heyətində nümayiş etdirəcək. Yanvar ayının 5-dən komandanın Bakıdakı təlim-məşq toplanışına qatılan Samir Məsimov Antalya hazırlığında da ilk gündən iştirak edir. O, hazırlıq çərçivəsində keçirilmiş üç görüşdən ikisində meydana çıxdı və öz oyunu ilə onun haqqında olan düşüncələrimizi bir daha təsdiqləmiş oldu. Ümid edirik ki, Məsimov yaxın illərdə Azərbaycan futbolunun aparıcı üzvlərindən birinə çevriləcək”.

(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.