23 yanvar 2014 17:22
Baçana Sxadadze: Qarabağ İnter üçün qeyri-münasib rəqibdir
“İnter”in hücumçusu Baçana Sxadadze azerisport.az saytına açıqlamasında ölkə çempionluğuna əsas namizəd qismində “Qarabağ”ı gördüyünü dilə gətirib:
“Biz bütün komandalara hörmətlə yanaşırıq. Ancaq Azərbaycanda olduğum müddətdə daima yaxşı oyun göstərən bir komanda var. Bu, “Qarabağ”dır. Bizim üçün qeyri-münasib rəqibdir. Ancaq biz ümid edirik ki, çempionatın ikinci yarısında bu xoşagəlməz ənənəni pozacağıq”.
