23 yanvar 2014 17:13
Qurban Qurbanov: Gənc oyunçuları yoxlamaq lazım idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına açıqlamasında toplanış çərçivəsində Almaniyanın “Vuppertaler” komandasına qarşı keçirilmiş yoxlama oyunu (2:2) haqda fikirlərini bildirib.
“Oyunda heyəti yoxlamaq əsas məqsəd idi. İkinci hissədə gənc oyunçuları meydana buraxdıq. Onları yoxlamaq lazım idi. Düşünürəm ki, pis alınmadı. Çempionata hazır olmalıyıq. Futbolçular çox işləyir. Hazırlıqdan razıyam”.
