Qara Qarayev: Biz Böyükağa Hacıyevin nəyə qadir olduğunu yaxşı bilirik
Millinin və “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Türkiyədə azerisport.az saytının müxbiri ilə söhbətləşib:
“Toplanışımız yaxşı keçir. Hələlik hamı mükəmməl idman formasında deyil. Ancaq TPL mövsümün ikinci yarısını ilk oyununda “Xəzər Lənkəran”a qarşı hazırlaşmaq üçün vaxtımız var.
Qarayev “Flaqman” və “gəmiqayıranlar”ın məşqçi dəyişikliyi haqda da danışıb: “Xəzər Lənkəran”ı müşahidə etmək imkanım oldu. Şübhə etmirəm ki, onlar başqa komanda olacaq. Mustafa Dənizli yeni kollektivə yeni ruh gətirib. “Neftçi”yə gəlincə, onların da oyunu fərqlənəcək. Özü də biz Böyükağa Hacıyevin nəyə qadir olduğunu yaxşı bilirik. Bu, bizi işimizə ancaq böyük məsuliyyətlə yanaşmağa sövq edir”.
“Necə çempion olmalı? Biz sadəcə deyə bilmərik ki, mövsümü birinci yerdə bitirəcəyik. Bunu həm də hər turda sübut etmək lazımdır. Hamı xallar itirir. Bacardıqca qələbə qazanmaq lazımdır”, deyə Qarayev əminliyini bildirib.
“Atçılar”ın dayaq yarımmüdafiəçisi 21 yaşına qədər bir futbolçunun meydana çıxmasının mütləq olduğu limitlə bağlı narahatlığını da gizlətməyib: “Düşünmürəm ki, mən limitlə bağlı oynayıram. Limitin qüvvəyə minməsinə qədər mən əsas heyətdə oynayırdım. Ancaq gizlətmirəm ki, bu, məni narahat edir. Növbəti ildən 21 yaşa qədər iki futbolçu start heyətində oynamalıdır ki, bu da yerli yaşlı oyunçulara yaradır. Bu gün limitə görə oynaya, sabah isə əsas heyətdən kənar qala bilərəm. Bu mənim ovqatımı çox təlx edir. Bəzi klublar 400-500 minə futbolçu alıb. Ancaq birdən bu limit ortaya çıxır və klublar bundan ziyan çəkir. Belə ki, aldığı oyunçuları oynada bilmir”, deyə gənc futbolçu fikrini aşkar söyləyib.
Bu arada Qarayev milli ilə bağlı planlarına toxunub: “Öz qarşımda millidə çox oynamaq və te-tez əsas heyətə düşmək məqsədi qoymuşam. Start heyətdə möhkəmlənmək istəyirəm. Özü də bizi qarşıda təxnifat mərhələsi gözləyir”.
Digər komanda yoldaşlarından fərqli, Qarayev təsnifatda güclü rəqiblərlə qarşılaşmaq istəyir: “Fərq görmürəm. Ancaq mənim üçün iki çox güclü komandaya qarşı oynamq yaxşı olardı (gülümsəyir). Yığmanın son nəticələrini nəzərə alsaq, qrupdan çıxmaq uğrunda mübarizə apara bilərik. Biz son dəqiqələrdə qollar buraxıb kifayət qədər xal itirdik. Bu amil, ötən mövsümdə xal ehtiyatımızı azaltdı”, deyə Qarayev fikrini tamamlayıb.
