23 yanvar 2014 18:11
Sumqayıt Şahdağa məğlub oldu
Bu gün “Sumqayıt” hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, “kimyaçılar” Birinci divizion təmsilçisi Qusarın “Şahdağ” komandası ilə qarşılaşıb.
Oyun Qusar təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq əvvəlki yoxlama oyunlarında “kimyaçılar” “Rəvan” (0:0), “Araz-Naxçıvan” (0:1) və AZAL (2:1) ilə qarşılaşmışdı.
