23 yanvar 2014 15:49
Xəzər Lənkəran Türkiyədə başqa yoxlama oyunu keçirməyəcək
"Xəzər Lənkəran" Türkiyədə bundan sonra heç bir yoxlama oyunu keçirməyi planlaşdırmır. Azerisport.az xəbər verir ki, cənub klubu öncədən Antalyada 4 sınaq matçı keçirməyi planlaşdırmışdı.
Amma onlardan yalnız ikisi baş tutdu. Türkiyənin "Rizəspor" klubu ilə qolsuz heç-heçəyə razılaşan Mustafa Dənizlinin yetirmələri "Gənclərbirliyi"nə də məğlub olub - 0:2.
