23 yanvar 2014 14:22
Samir Məsimov rəsmən Neftçidə!
Mövsümün ikinci yarısına hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən “Neftçi” heyətinə yeni futbolçu cəlb edib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Samir Məsimovla 3 il yarım müddətinə müqavilə bağlayıb.
2010/2011-ci illər mövsümünü Moskva “Spartak”ının heyətində keçirmiş hücumçu 19 yaşadək Azərbaycan yığmasının da üzvüdü. 18 yaşlı futbolçu U-19-un heyətində 3 oyun keçirib.
