23 yanvar 2014 14:04
İnterin sabiq hücumçusu Belarus klubunda
"İnter"in sabiq hücumçusu Girt Karlson özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Belarus çempionatında çıxış edəcək.
Latviya yığmasının sabiq hücumçusu "Neman"la müqavilə imzalayıb.
Qeyd edək ki, Karlson 2009-2012-ci illər aralığında "İnter"də top qovub və bu komanda ilə həm çempion olub, həm də "Birlik Kuboku"nu qazanıb.
