22 yanvar 2014 11:44

Ulrix Kapolonqo: Mən Qarabağda özümü xoşbəxt hesab etmirəm

“Qarabağ”ın hücumçusu Ulrix Kapolonqo azerisport.az müxbiri ilə söhbətləşib.
“Toplanışımız yaxşı keçir. Heç bir problem yoxdur. Uzun müddətdir ki, biz bir yerdəyik”, deyə Kapolonqo sözə başlayıb.
“Mənim üç qol vəziyyətim vardı, ancaq mən onları reallaşdıra bilmədim”, deyə hücumçu Buxarest “Dinamo”suna qarşı oyunu xatırlayıb. Mən hüvumçuyam və qol vurmalıyam. Bu, mənim işimdir. “Dinamo” ilə oyundan sonra mən bu barədə düşünürdüm və təhlil edirdim ki, niyə qol vurmaq alınmır. Növbəti oyunlarda belə vəziyyətləri qiymətləndirəcəyəm”, deyə konqolu futbolçu əmin edib.
“Atçılar”ın 24 yaşı hücumçusu ağdamlıların düşərgəsində olmasına şərh verib: “Artıq altı aydır ki, “Qarabağ”dayam və cəmi iki qol vurmuşam. Bu, elə də yaxşı deyil. Özümü xoşbəxt hesab etmirəm. Bəzən özümə sula verirəm: Problemim nədədir? Mən inanıram və ümid edirəm ki, çempionatın ikinci yarısında siz tam başqa Kapolonqonu görəcəksiniz”.
Bununla belə, futbolçu TPL mövsümünün ikinci yarısının ilk oyunlarından zədəli Geleşvilini əvəzləyəcəyinə şübhə edir: “Hamı deyir ki, Nikonun (Nikoloz Gelaşvili - red.) zədələnməsi mənim üçün bir şansdır. Ancaq unutmayaq ki, məşqçi bəzən Reynaldonu təmiz hücumçu mövqeyində oynadır. Mən məşqçidən qarşıdakı çempionat oyunlarında məni meydana buraxmasını xahiş edə bilərəm və əgər o, mənə belə bir imkan versə, mən özümü meydanda göstərəcəyəm. Ancaq əgər biz komanda oyunu haqda danışırıqsa, onda burada “Qarabağ”ın nəticələri əsasdır. Hücumda kimin oynamasının əhəmiyyəti yoxdur: Niko, Reynaldo və ya mən”, deyə Kapolonqo fikrini tamamlayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.