22 yanvar 2014 21:22
Qəbələ Volqa ilə qolsuz heç-heçə etdi (YENİLƏNİB)
Bu gün “Qəbələ” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Yuri Syominin yetirmələri Rusiyanın “Volqa” komandası ilə qarşılaşıb.
Xatırladaq ki, buna qədər “radarlar” Türkiyənin “Maltepespor” (1:1), Qazaxıstanın “Spartak” (1:1) və “Tobol” (2:1), Türkiyənin “Konyaspor” (2:4) komandaları ilə qarşılaşmışdı.
19:00 Qəbələ - Volqa (Rusiya) 0:0
”Qəbələ” (start heyəti): Ruslan Tağızadə, İbrahima Niasse, Elnur Allahverdiyev, Rafael Santos, Nuran Qurbanov, Dodo, Nizami Hacıyev, Leonardo, Yannik Kamanan, Viktor Mendi.
