22 yanvar 2014 22:33
Rüstəm Əliyev: Ümid edirəm ki, ümumi razılığa gələ biləcəyik
“İnter”in əvəzedici komandası “Şəfa” stadionunda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən "bankirlər" növbəti yoxlama matçını keçirdi və həmin oyunda MOİK komandasını 6:1 hesabıyla məğlub etdi.
Əvvəlki matçlarda olduğu kimi, ilk dəqiqələrdən qapını Eyyub Əliyev qorudu. Əvəzedici komandanın baş məşqçisi Rüstəm Əliyev gənc qapıçının gələcəyi barədə danışıb:
“Eyyub bizimlə olduğu müddətdə özünü yaxşı tərəfdən göstərdi. Onun komandada qalmasını istərdim. Lakin onun gələcəyi barədə dəqiq danışa bilmirəm. Axı öncə onun icarəsi barədə MOİK rəhbərliyilə danışmaq lazımdı. Ümid edirəm ki, bu məsələdə ümumi razılığa gələ biləcəyik".
Qeyd edək ki, Eyyub Əliyev əvvəllər “Neftçi” və “Simurq” komandalarında çıxış edib.
