22 yanvar 2014 17:22
Abışov Bolqarıstan çempionuna qarşı oynadı
Heyətində millimizin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Rinat Bilyaletdinovun yetirmələri hazırkı Bolqarıstan çempionu “Ludoqorets”lə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Abışov ikinci hissənin əvvəlində hesab 0:0 olarkən meydana çıxıb.
