22 yanvar 2014 16:16
Asim Xudiyev: Biz hakimlərin səhv qərarının səbəbini öyrənirik
Keçmiş futbol hakimi Asim Xudiyev azerisport.az saytına açıqlamasında hakimlərin Antalya toplanışı çərçivəsində keçirilən seminarları haqda fikrini bildirib:
“Seminarlar kifayət qədər məhsuldar keçir. Biz hakimlərə nəinki öz səhvlərini göstərir, həmçinin, müvafiq qərarlarla nəticələnmiş bu səhvlərin səbəbini öyrənirik. Həmçinin, Azərbaycan çempionatının oyunlarında daha vacib məqamları izləyirik”.
