22 yanvar 2014 15:33
Samir Əliyev: Yeni futbolçular artıq bu mövsümdə Neftçiyə kömək edəcəklər
“Neftçi”nin məşqçisi Samir Əliyev azerisport.az saytına açıqlamasında komandanın yoxlama oyunlarında meydana çıxmış gənc futbolçuları haqda fikrini bildirib:
“Samir Məsimov iki oyun keçirib. Qol vurub və qol ötürməsi verib. Belə axarda inkişaf edərsə, əsas heyətə düşə bilər. Məqsəd İsayev, Mirabdulla Abbasov və Cavid Muxtarzadə “Tobol”la qarşılaşmada komandanın heyətində çıxış etməyə yaxın olduqlarını sübut etdilər. Əvəzedicilərin heyətində onların çıxışını diqqətlə izləmişəm. İnamlı oyun sərgiləyirlər. Cavid demək olar ki, hər oyunda qol vurur. Onların hamısına təcrübə lazımdır. Düşünürəm ki, onlar artıq bu mövsümdə “Neftçi”yə kömək edə biləcəklər. Onları nə vaxt heyətə qoymalı? Bu isə, artıq baş məşqçiyə ünvanlanmalı sualdır”.
