22 yanvar 2014 15:15
Qazaxıstanlı futbolçu: Azərbaycana məğlubiyyət bizə təsir etməyib
Qazaxıstanın gənclərdən ibarət yığma komandasının müdafiəçisi Timur Rudoselski Azərbaycan yığmasına məğlubiyyəti (0:1) şərh edib. Azerisport.az xəbər verir ki, Rudoselskinin qısa müsahibəsini diqqətinizə çatdırır:
- Dünən gənclər yığması Azərbaycan komandasına məğlub oldu. Necə bilirsiniz, Bu, nəticə nə ilə bağlıdır?
- Oyun bərabər idi. Necə deyərlər, qola qədər oyun. Onlar öz qolunu vura bildi. Biz isə vəziyyətlərə rəğmən, təəssüf ki, bunu edə bilmədik.
- Komandamızın oyunu özünə sərf edən nəticə ilə başa vurmaq şansı vardı?
- Vəziyyətlər vardı, ancaq uğur üzümüzə gülmədi. Rəqiblərə “Birlik Kuboku”nda qol vurmağa qaldı (gülümsəyir).
- Bu məğlubiyyət, Sankt-Peterburqdakı yarış ərəfəsində komandamızın psixoloji natarazlığına səbəb olmayacaq ki?
- Yox! Biz ancaq təcrübə qazandıq. Hələ oyunu təhlil edəcəyik və Piterdə səhvlərə yol verməməyə çalışacağıq. Güclü tərəflərimizi isə təkmilləşdirəcəyik.
(sports.kz)
