22 yanvar 2014 14:33
Alman futbolçu Sumqayıtdan getdi
“Sumqayıt”da baxışda olan alman hücumçu Huseyn Ali Pala “kimyaçıların” düşərgəsini tərk edib. Azerisport.az Almaniya KİV-nə istinadən xəbər verir ki, oyunçu Azərbaycandan məyusluqla qayıdıb.
“Sumqayıt” klubunun mətbuat xidmətindən verilmiş məlumata görə, 24 yaxşı hücumçu ilə müqavilə, futbolçunun oyun təcrübəsinin yoxluğu üzündən bağlanmayıb: “Ali Pala yaxşı futbolçudur. Ancaq zədə səbəbi ilə uzun müddət oynamayıb. Onun hazırkı idman forması bizi razı salmadı”.
