22 yanvar 2014 01:13
Timur Urazov: Neftçi ilə Qəbələni müqayisə edə bilmərəm
“Tobol”un baş məşqçisi Timur Urazov azerisport.az saytına açıqlamasında Antalya toplanışı çərçivəsində “Neftçi”yə qarşı keçirilmiş oyun (2:4) barədə fikirlərini bölüşüb:
“Bu, yaxşı rəqibə qarşı yaxşı hazırlıq idi. Bizim toplanış yenicə başlayıb. Qarşıda hələ iki oyunumuz var. Buna görə də, məğlubiyyətimizdə qorxulu heç nə görmürəm. “Qəbələ” ilə oyun keçirmişik və əmin olmuşuq ki, Azərbaycanda güclü komandalar oynayır. Bu iki kollektivi müqayisə etməkdə çətinlik çəkirəm. Ancaq çempionat kimin güclü olduğuna cavab verəcək”.
