22 yanvar 2014 00:22
İnter keçmiş futbolçuları ilə görüşdü, Madriqalın taleyi həll olundu
"İnter" Bələkdə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün komandanın məşqini iki keçmiş futbolçusu izləyib.
Bunlar Kaxaber Mcvanadze və Vitaliy Ledenyovdur. Hər iki futbolçu yaxın keçmişdə komandanın şərəfini qoruyub və müəyyən müddət sonra karyeralarını başa vurub. Topla çalışmalarda özünü sınayan "İnter" futbolçuları məşqi ikitərəfli oyunla başa vurdu. Qeyd edək ki, məşqdən sonra baş məqşçi Kaxaber Tsxadadze yeni legioner Dieqo Madriqaldan razı qaldığını bildirib.
Artıq futbolçunun "İnter"də qalacağı dəqiqləşdi. Onunla iki illik müqavilə imzalanacaq. Futbolçuyla şəxsi müqavilənin detalları artıq razılaşdırılıb.
