22 yanvar 2014 00:55
Dieqo Madriqal: İnterlə uğur qazanmaq istəyirəm
"İnter" komandasının yeni futbolçusu Dİeqo Madriqal azerisport.az saytına açıqlamasında yeni komandası haqda təəssüratlarını bölüşüb:
"Azərbaycan haqda müəyyən məlumatlarım var idi. İnternet vasitəsilə çempionatınız və komandalarınız haqda informasiya əldə etdim. Düzünü deyim ki, ölkəniz mənim üçün çox maraqlıdır. "İnter"in çempionatda 4-cü pillədə olmasını bilirəm. Fevralda komandamın uğur qazanmasına kömək edəcəyəm. Çox istərdim ki, mövsümü uğurla başa vuraq. Azərbaycan karyerası mənim üçün bir sınaqdır. Bu sınaqdan yaxşı çıxmağa çalışacağam".
Qeyd edək ki, Dieqo Madriqal "İnter"lə iki illik müqavilənin şərtlərinin razılaşdırıldığını təsdiqləyib.
